17:35 18-01-2022
news_image
269
OLİMPİADA

Çingiz Hüseynzadə: “Olimpiadada medallar gözləmirik”

"Milli komandamızın geyimləri Çin şirkətinin sponsorluğu ilə hazırlanıb". 

Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı təşkil edilən təqdimat mərasimində çıxış edən Hüseynzadə fiqurlu konkisürmə yarışında ölkəmizi təmsil edəcək Vladimir Litvintsev və Yekaterina Ryabovaya uğurlar arzulayıb: "Pekin Yay Olimpiya Oyunları bizim üçün uğurlu oldu. Ümid edirəm ki, Qış Olimpiadasında da belə olacaq. Təbii ki, medallar gözləmirik. Ancaq ümid edirik ki, idmançılarımız yaxşı nəticə əldə edəcək".