10:10 19-01-2022
news_image
489
FUTBOL

“Olimpiakos” Mamadu Kaneni Yunanıstana aparır

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane Yunanıstana qayıtmağa yaxındır.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, icarə əsasında Azərbaycan çempionunda çıxış edən 25 yaşlı orta sahə oyunçusu karyerasını adıçəkilən ölkədə davam etdirəcək.

Hazırda Qvineya yığmasının heyətində Afrika Millətlər Kubokunda iştirak edən Kaneni müqavilə ilə məxsus olduğu “Olimpiakos” qaytarmağı planlaşdırır. Ancaq Pirey təmsilçisi onu heyətində saxlamaq yox, Yunanıstan klublarından birinə icarəyə vermək niyyətindədir. Belədə məşqçi korpusu futbolçunun oyununu daha yaxından izləyə biləcək. Hazırda yerli çempionatdan iki komandanın Kane ilə maraqlandığı vurğulanıb. 

Yarımmüdafiəçi mövsümün sonuna qədər “Neftçi”yə icarəyə verilsə də, anlaşmaya əsasən, “Olimpiakos” qış fasiləsində onu qaytara bilər.

Qeyd edək ki, ötən il “Neftçi”dən 300 min avroya transfer edilən və “Olimpiakos”la 2025-ci ilin yayına qədər müqavilə imzalayan Mamadu Kanenin hazırda transfer qiyməti 1 milyon avroya bərabərdir.