00:02 21-01-2022
news_image
209
FUTBOL

“Roma”nın futbolçusu Premyer Liqaya qayıdır

“Tottenhem” “Roma”nın yarımmüdafiəçisi Cordan Veretunu transfer etmək üçün danışıqlar aparır.

Apasport.az saytının məlumatına görə, London klubu 29 yaşlı futbolçu ilə bu ay müqavilə bağlamağa ciddi yanaşır.

Premyer Liqa təmsilçisinin baş məşqçisi Antonio Konte və futbol direktoru Fabio Paratiçi fransalı oyunçunun keçidində israrlıdır. Öz növbəsində “Roma” qarşı tərəfin orta sahə oyunçusu Tanqay Ndombele ilə maraqlanır. Ancaq futbolçuların dəyişdirilməsi müzakirə mövzusu deyil.

Qeyd edək ki, 2019-cu ildən “Roma”nın formasını geyinən Cordan Veretu əvvəllər Premyer Liqada “Aston Villa”nın şərəfini qoruyub.