09:04 21-01-2022
news_image
156
FUTBOL

“Real” tarixində 8-ci

Karlo Ançelotti “Real”ın baş məşqçisi postunda 150-ci oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssisin yubileyi “Elçe” ilə kubokun 1/8 final matçına təsadüf edib.

Ançelotti “Real”ı 150 və daha çox oyuna çıxaran 8-ci mütəxəssisdir. Mütləq rekord Migel Munyosa məxsusdur – 605 oyun.

Zinəddin Zidan 263, Visente del Boske 246, Leo Beenhakker 197, Luis Molovni 183, Joze Mourinyo 179, Pako Bru 160 matçda komandanın sükanı arxasında olub.

Qeyd edək ki, “Real” “Elçe” üzərində əlavə vaxtda 2:1 hesablı qələbə qazanıb.