16:49 21-01-2022
news_image
4271
FUTBOL

Postsovet məkanında 4-cü – “Qarabağ”

İFFHS-in açıqladığı klubların dünya reytinqində keçmiş SSRİ-nin 30 komandası yer alıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycanın ən yaxşısı “Qarabağ” postosovet məkanında 4-cüdür.

Dünyada 105-ci olan Ağdam klubu keçmiş SSRİ-də üç komandadan geri qalır. Bunlar “Şerif”, “Şaxtyor” və “Flora”dır.

Ölkəmizin digər təmsilçisi “Neftçi” MDB və Baltikyanı ölkələrinin cədvəlində 18-ci yerdə qərarlaşıb. 15 ölkədən 12-si İFFHS-in cədvəlində təmsil olunub. Qırğızıstan, Tacikistan və Türkmənistan klubları isə “Top-400”ə düşməyib.

1 (28). “Şerif” (Moldova) – 205,5
2 (55). “Şaxtyor” (Ukrayna) – 160,5
3 (93). “Flora” (Estoniya) - 140
4 (105). “Qarabağ” (Azərbaycan) – 133
5 (118). “Dinamo” (Kiyev, Ukrayna) – 127,5
6 (162). “Zarya” (Ukrayna) - 105
7 (179). “Lokomotiv” (Rusiya) - 96
8 (183). “Alaşkert” (Ermənistan) – 95,5
9 (190). “Zenit” (Rusiya) – 94
10 (194). “Jalgiris” (Litva) – 93