17:09 21-01-2022
news_image
199
FUTBOL

Millinin qapıçısı ilə yeni müqavilə

“Aston Villa” qapıçısı Emiliano Martineslə yeni müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, argentinalı qolkiper 2027-ci ilədək İngiltərə klubunun formasını geyinəcək.

“Mançester Yunayted” 30 yaşlı cənubi amerikalının xidmətində maraqlı olsa da, Emiliano Birminhem təmsilçisində qalmağa üstünlük verib. O, ötən yay Argentina millisi ilə Amerika kubokunun qalibi olub.

Qeyd edək ki, Martines cari mövsümün 19 matçında 29 qol buraxıb.