20:36 24-01-2022
news_image
232
FUTBOL

"Keşlə"də ayrılıq

"Keşlə" futbolçusu Miyusko Boyoviçlə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Bildirilib ki, monteneqrolu müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bakı klubu daha öncə Azər Salahlı, Anatole Abanq, Con Kamara, Omar Qudiabi və Nicat Qurbanovla vidalaşıb.