22:46 25-01-2022
news_image
221
FUTBOL

Vlahoviçə əvəzləyici tapıldı

İtaliya “Fiorentina”sının futbolçusu Duşan Vlahoviç “Yuventus”a keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, Florensiya təmsilçisi serbiyalı hücumçuya əvəzləyici də tapıb.

“Bənövşəyilər” Artur Kabralı transfer edəcək. “Bazel”in braziliyalı hücumçusunun keçidi ilə bağlı razılıq əldə olunub.

O, 5 illik müqavilə imzalayacaq. Kabral ildə bonuslar nəzərə alınmadan 1,7 milyon avro qazanacaq.

Qeyd edək ki, braziliyalı cari mövsümün 31 matçında 27 qol və 8 assistə imza atıb.