22:43 27-01-2022
news_image
176
FUTBOL

“Monako”nun futbolçusu “Real”ın hədəfində

“Monako”nun futbolçusu Orelyen Tçuameni “Real”ın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin skaut şöbəsinin rəhbəri Xuni Kalafat dayaq yarımmüdafiəçisinə iki gün vaxt ayırıb.

Monakoda olduğu müddətdə futbolçunun yaxınları ilə söhbətləşən klub nümayəndəsi mümkün keçidi müzakirə edib. Madridlilər Kazemironu əvəzləyəcək oyunçu axtarır. Tçuameninin bu mövqeyə uyğun gələcəyi gözlənilir. Baş məşqçi Karlo Ançelotti bu mövqedə Eduardo Kamavinqanı sınasa da, dayaq yarımmüdafiəçisi alınmasını zəruri sayır.

Qeyd edək ki, Tçuameni cari mövsümdə 31 matçda 2 qol vurub.