11:35 28-01-2022
news_image
209
FUTBOL

“Qarabağ”dan 11 qolluq üstünlük – STATİSTİKA

Gələn həftə Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək.

Apasport.az saytı yarışın tarixində ən çox qol vuran klubların siyahısını tərtib edib.

Cədvəlin ilk pilləsində “Qarabağ” qərarlaşıb. Ağdamlılar kubokda 266 qola imza atıb.

İkinci sıradakı “Neftçi” 11 top geri qalır. Digər komandalar 200-dən az qol vurub.

“Bakı” 3-cü, “Kəpəz” 4-cü sırada yer alıb. “Keşlə”, “Xəzər Lənkəran” və “Qəbələ” də 100-dən çox qol vurub.

Bu 7 klubdan başqa, “100”ü arxada qoyan olmayıb. Tarixin yaddaşına köçən “Turan” 99 qolla fəaliyyətini dayandırıb.

1. “Qarabağ” - 266
2. “Neftçi” - 255
3. “Bakı”  - 181
4. “Kəpəz” - 180
5. “Keşlə” - 174
6. “Xəzər Lənkəran” - 131
7. “Qəbələ” - 117
8. “Turan” - 99
9. “Şəfa” - 96
10. “Şəmkir” – 72