11:32 29-01-2022
news_image
733
FUTBOL

Mahir Emrelinin Amil Yunanovdan geridə qaldığı SİYAHI

Azərbaycan kubokunda son 10 ilin ən yaxşı bombardirləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, 2012-21-ci illərdə ölkənin ikinci dərəcəli futbol turnirində ən çox qola Ruslan Qurbanov imza atıb.

Milliləşən rusiyalı 11 dəfə fərqlənib. O, buna 23 görüşdə nail olub. Vüqar Nadirovla Amil Yunanov ondan iki top geri qalır.

On il ərzində 7 futbolçu 7 və ya daha çox qola imza atıb.

1. Ruslan Qurbanov – 11
2-3. Vüqar Nadirov - 9
2-3. Amil Yunanov - 9
4-5. Mahir Emreli – 8
4-5. Sezar Meza Kolli – 8
6-7. Miçel – 7
6-7. Reynaldo - 7