“Yuventus”un futbolçusu Artur Melonun “Arsenal”a keçidi baş tutmayıb.
Apasport.az saytının məlumatına görə, buna klublar arasında danışıqların uğursuz nəticələnməsi səbəb olub.
İtaliya klubu əsas diqqətini Aaron Remsini satmağa yönəltdiyndən Arturun məsələsi arxa planda qalıb. Uelsli ilə “Bernli” maraqlanır.
Qeyd edək ki, Melo cari mövsümdə 15 oyunda 1 assistə imza atıb.

13:56