14:17 31-01-2022
news_image
167
FUTBOL

PSJ və “Valensiya”nı qabaqladı

“Tottenhem”in futbolçusu Tanqay Ndombele karyerasını Fransada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Lion”a keçəcək.

O, mövsümün sonunadək icarə əsasında Liqa1 təmsilçisinin formasını geyinəcək. “Lion” 25 yaşlı fransalının maaşının bir hissəsini ödəyəcək. 

Artıq Lionda olan Ndombele yaxın müddətdə komandaya qoşulacaq. PSJ və “Valensiya”nın da transfer siyahısında olan Tanqay lionluların xeyrinə seçim edib.

Qeyd edək ki, Ndombelenin “Tottenhem”lə müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.