09:29 01-02-2022
news_image
149
FUTBOL

Dele Alli komandasını dəyişdi

“Tottenhem” yarımmüdafiəçisi Dele Allini “Everton”a satıb.

Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi transferi rəsmən açıqlayıb.

25 yaşlı orta sahə oyunçusu yeni komandası ilə 2,5 illik müqavilə imzalayıb. Bu keçid “Everton”a havayı başa gəlib. Lakin tərəflər arasında razılığa əsasən, Alli yeni 20 oyun keçirdikdən sonra “Tottenhem”ə 12 milyon avro ödəniləcək. Digər mümkün bonusları da nəzərə alsaq, transfer 35-45 milyon avroya başa gələ bilər.

Qeyd edək ki, Dele Alli 2015-ci ildən “Tottenhem”də çıxış edib.