“Atletiko” “Lill”in müdafiəçisi Reynildo Mandavanı transfer edib.
Apasport.az saytının məlumatına görə, 28 yaşlı oyunçu madridlilərlə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb.
Azərbaycanlı futbolçuların Avropanın 3-4-cü dərəcəli futbol ölkələrində altı aydan çox qala bilmədikləri halda, Mozambik millisinin üzvünün transferi Fransa klubuna 3 milyon avro qazandırıb.
Qeyd edək ki, Reynildo bu mövsüm Liqa1-də 18 oyuna çıxıb, 1 qol vurub.