13:03 01-02-2022
news_image
273
FUTBOL

Polşalı hücumçu “Neftçi”ni güclü komanda saymır

Plotsk “Visla”sının hücumçusu Patrik Tuşinski Antalyadakı qış təlim-məşq toplanışını dəyərləndirib.

Apasport.az saytının məlumatına görə, polşalı forvard komandasının yoxlama görüşlərindəki rəqibləri barədə də fikir bildirib.

“Neftçi” ilə qarşılaşdıqlarını da xatırladan 33 yaşlı ön xətt oyunçusu Azərbaycan çempionunu heç də güclü rəqib adlandırmayıb: “Yoxlama görüşündə ən çətin rəqibimiz “Ludoqorets” idi. Onların eyni gücdə iki heyəti, əla keyfiyyəti, texniki bacarıqları olan futbolçuları var. Digər rəqiblərimiz “Rubin”, “Neftçi” və ən zəif komanda olan “Radniçki 1923” oldu. Əsas odur ki, kiçik zədə belə almadan hazırlıqda iştirak etdim. Mənim üçün ən vacibi bu idi”.

Qeyd edək ki, “Visla” – “Neftçi” oyunu 1:1 hesabı ilə yekunlaşıb.