22:53 01-02-2022
news_image
193
FUTBOL

“Bavariya”nı “Borussiya”ya dəyişir

“Bavariya”nın müdafiəçisi Niklas Süle mövsümün sonunda komandasını dəyişəcək.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü yenə də Bundesliqada çıxışını davam etdirə bilər.

Çünki 26 yaşlı oyunçunun Dortmund “Borussiya”sına keçmək ehtimalı yaranıb. Dortmund klubunun nümayəndələri mərkəz müdafiəçisi ilə danışıq aparıldığını gizlətmir. Razılıq əldə olunsa, Süle yayda “Borussiya”ya azad agent kimi keçəcək. Onunla həmçinin “Barselona” da maraqlanır.

Qeyd edək ki, Niklas Sülenin “Bavariya” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.