12:08 06-02-2022
news_image
330
FUTBOL

Qışda oyunçu satışından ən çox pul qazananlar – “Bazel”lə “Qarabağ”ın fərqi

Qış transfer dönəmində oyunçu satışından ən çox gəlir əldə edən klubların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qışda büdcəsini ən çox zənginləşdirən 10 klub yer alıb.

Maraqlıdır ki, Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan və təmsilçimizlə birlikdə pley-offa yüksələn “Bazel” də ilk “10-luğ”a düşə bilib. “Qarabağ”ın yalnız lazımsız Qaspar Panaderonu AEK-ə icarəyə verməsi fonunda İsveçrə təmsilçisi 3 oyunçusunu “böyük beşlik” ölkələrinə göndərib və bundan ümumilikdə 21,8 milyon avroluq gəlir əldə edib.

1. “Fiorentina” – 81,6 milyon avro
Duşan Vlahoviç – 81,6 milyon avro (“Yuventus”)

2. “Mançester Siti” - 55 milyon
Ferran Torres - 55 milyon (“Barselona”)

3. “Porto” - 49 milyon
Luis Diaz - 45 milyon (“Liverpul”)
Xesus Korona - 3 milyon (“Sevilya”)
Serxio Oliveyra - 1 milyon (“Roma”: icarəyə)

4. “Lion” – 42,1 milyon
Bruno Gimaraeş – 42,1 milyon (“Nyukasl”)

5-6. “Bernli” - 30 milyon
Kris Vud - 30 milyon (“Nyukasl”)

“Everton” - 30 milyon
Lük Din - 30 milyon (“Aston Villa”)

7. “Yuventus” - 29 milyon
Rodriqo Bentankur - 19 milyon (“Tottenhem”)
Deyan Kuluşevski - 10 milyon (“Tottenhem”: icarəyə)

8. “İnternasional” – 28,19 milyon
Yuri Alberto - 20 milyon (“Zenit”)
Vinisyus Tobias - 6 milyon (“Şaxtyor, Donetsk)
Vinisyus Melyo – 1,6 milyon (“Şarlott”)
Patrik - 500 min (“San Paulo”)
Gilyerme Pato - 90 min (“Neftçi”)

9. “Dinamo”, Kiyev – 25,49 milyon
Vitali Mikolenko – 23,5 milyon (“Everton”)
Artyom Şabanov - 700 min (“Fehervar”)
Vladislav Supriaqa - 500 min (“Sampdoriya”: icarəyə)
Erik Ramires - 250 min (“Sportinq Xixon”: icarəyə)
Yevgeni Smirnyi - 200 min (“Zarya”)
Danil Skorko - 120 min (“Zarya”)
Yuri Tlumak - 120 min (“Zarya”)
Boqdan Lednyev - 100 min (“Fehervar”: icarəyə)

10. “Bazel” – 21,8 milyon
Artur Kabral - 14 milyon (“Fiorentina”)
Edon Jeqrova - 7 milyon (“Lill”)
Eray Cömert - 800 min (“Valensiya”)