11:09 27-09-2008
news_image
540
DİGƏR NÖVLƏR

İki boksçumuz dünya çempionatının finalına yüksəlib

Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Kazan şəhərində keçirilən tələbə boksçular arasında dünya çempionatı başa çatmaq üzrədir. “APA-Sport”un məlumatına görə, yarışa qatılan 8 idmançımızdan yalnız ikisi finala yüksəlib. Minimum gümüş medalı təmin edən Elgün Əhmədovla (51 kq) Anar Cəfərov (64 kq) bu gün finalda rusiyalı boksçularla qarşılaşacaqlar.

Yarımfinalda yerli idmançıya uduzan Rəhim Nəcəfov (54 kq) bürünc medalla kifayətlənib. Məşqçilər Salam Bağırovla Şamil Əlimzanovun rəhbərliyi altında Kazana yollanan İlkin Ağayev (57 kq), Qismət Eynullayev (60 kq), Fərid Mansurov (69 kq), Rəşad Müslümov (75 kq) və Hafiz İsgəndərov (81 kq) isə uğursuz çıxış ediblər.