18:00 05-02-2022
news_image
168
FUTBOL

Həftəlik 200 min funt sterlinqə “yox” dedi

“Çelsi” müdafiəçisi Antonio Rüdigerlə yeni müqavilə məsələsində heç cür razılığa gələ bilmir.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin üzvü rəhbərliyin növbəti təklifini rədd edib.

Londonlular bu dəfə ona həftəlik 200 min funt sterlinq maaş vəd edib. Lakin 28 yaşlı mərkəz müdafiəçisi “yox” cavabını verib. Rüdigerin hazırda həftəlik məvacibi 100 min funt sterlinqdir.

Qeyd edək ki, müqavilə müddəti mövsümün sonuna qədər olan Antonio Rüdigerlə “Real” və PSJ yaxından maraqlanır.