Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının XXI turunda darmadağınla üzləşib.
Apasport.az saytının məlumatına görə, dortmundlular öz meydanında “Bayer”ə 2:5 hesabı ilə uduzub.
Leverkuzen təmsilçisi tarixində ilk dəfə Bundesliqa oyununda “Borussiya”ya 5 qol vurub. Bu məğlubiyyətlə Dortmund təmsilçisi liderdən uzaq düşüb.
Qeyd edək ki, 43 xala malik “Borussiya” “Bavariya”dan 9 xal geri qalır. 3-cü pillədəki “Bayer” 5 qollu qələbə ilə xal fərqini 5-ə endirib.