09:16 07-02-2022
news_image
164
FUTBOL

Yenə qolsuzluq – 12 finalda 5-ci dəfə

Afrika Millətlər kubokunda son 12 finalda 6-cı dəfə 90 dəqiqə qalibi müəyyənləşdirməyib.

Apasport.az saytının məlumatına görə, bu dəfə Seneqalla Misir qolsuzluqla kifayətlənib.

Bu, son 12 finalda 90 dəqiqəsində qol vurulmayan 5-ci finaldır. Çempionluğun taleyini isə penaltilər seriyası həll edib. Daha dəqiq olan seneqallılar 4:2 hesablı qələbə əldə edib.

Seriyada həlledici zərbəni Sadio Mane yerinə yetirib. Bu, Seneqal yığmasına tarixində ilk qitə çempionluq qazandırıb. Misirlilərin lideri Məhəmməd Salahın seriyadakı 5-ci penaltini vurmasına ehtiyac qalmayıb.

Mane çempionatın ən yaxşı futbolçusu, komanda yoldaşı Eduar Mendi ən yaxşı qapıçısı seçilib. Turnirin bombardiri mükafatını kamerunlu Vensan Abubakar qazanıb. O, 8 qola imza atıb.