09:34 07-02-2022
news_image
192
FUTBOL

Futbolçu alqı-satqısından QAZANANLAR

Son 10 mövsümdə transferlərdən ən çox qazanan “Böyük beşlik” klubları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Fransa “Lill”i alqı-satqıdan ən çox qazanandır.

319 milyon avroluq futbolçu alan klub satışdan 668 milyon əldə edib. Digər Fransa klubu “Lion” ikinci, İtaliya “Cenoa” üçüncüdür.

Ən çox qazanan 10 klub (milyon avro ilə)
1. “Lill” - 349
2. “Lion” – 247
3. “Cenoa” – 200
4. “Udineze” – 172
5. “Atalanta” – 162
6. “Monpelye” – 116
7. “Atletik” – 115
8. “Sent-Etyenn” – 111
9. “Hoffenhaym” – 108
10. “Empoli” - 100