11:32 07-02-2022
news_image
148
FUTBOL

Stoiçkovun “het-trik”i təkrarlandı

“Barselona”nın futbolçusu Dani Alves La Liqanın XXIII turunun “Atletiko” ilə görüşündə qol, ötürmə və qırmızı vərəqə ilə yadda qalıb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun heyətində belə “het-trik”ə imza atan sonuncu oyunçu Xristo Stoiçkov olub.

Bolqarıstanlı hücumçu 1994-cü il martın 12-də “fərqlənib”. Maraqlıdır ki, o da “Atletiko” ilə “Kamp Nou”da qol vurub, assist edib və qırmızı vərəqə alıb. Amma Xristo həmin qarşılaşmada qaçırılan penalti ilə də diqqət çəkib.

Bu görüş Dani üçün 1000-ci olub. O, XXI əsrdə peşəkar səviyyədə 1000 və ya daha çox matç keçirən ikinci oyunçudur. Kriştiano Ronaldo 1103 dəfə meydana çıxıb.

La Liqada isə sonuncu dəfə qol və assist müəllifinin meydandan qovulması 2019-cu il yanvarın 14-nə təsadüf edib. “Real Sosyedad”ın oyunçusu Mikel Merino “Espanyol”la görüşdə qəhrəmandan antiqəhrəmana çevrilib.

38 yaş 276 günlüyündə qol vuran braziliyalı müdafiəçi “Barselona”nın tarixində bunu bacaran ən yaşlı oyunçudur. O, 1963/64 mövsümündə 36 yaş 163 günlüyündə fərqlənən Joan Seqarranı arxada qoyub.

“Atletiko”ya qol vuran Qavi və Dani arasında 21 yaş 91 gün fərq olub. Bu, La Liqa tarixində yeni rekorddur. Heç bir klubun eyni oyunda fərqlənən iki üzvü arasında belə fərq olmayıb.