14:29 07-02-2022
news_image
136
FUTBOL

Super Liqada daha bir məşqçiyə vida

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Yeni Malatyaspor” Marius Şumudika ilə yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. 13 oyundur qalib gəlməyən Malatya təmsilçisi mütəxəssislə vidalaşıb.

50 yaşlı rumıniyalı ümumilikdə komandanı 15 matça çıxarıb. 2 qələbə və 3 heç-heçəsi olan malatyalılar 10 dəfə uduzub.

Qeyd edək ki, bu, cari mövsüm Super Liqada 15-ci baş məşqçi istefasıdır.