17:57 07-02-2022
news_image
121
FUTBOL

Sənan Qurbanov: “Günahı özümüzdə axtarmalıyıq”

“Oyuna çox ciddi hazırlaşmışdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov “CBC Sport”a açıqlamasında deyib.

42 yaşlı çalışdırıcı Premyer Liqanın XV turunun “Zirə” ilə ev görüşü barədə fikirlərini açıqlayıb: “Amma çox top itkiləri oldu. Bu da komandanı aqresivləşdirdi və sarı vərəqələr almağımızla nəticələndi. Əslində hakimin qərarlarına da baxmaq lazımdır. Amma günahı ilk növbədə özümüzdə axtarmalıyıq. Heyətimiz geniş deyil. Baxışa gələn futbolçunu götürsək də, hələ tam hazır saymıram. Çalışacağıq əlimizdəki heyətlə maksimuma nail olaq. Oduvaya üç həftə vaxt vermişik. Hələ oynamaq durumunda deyil”.

Qeyd edək ki, “Keşlə” 2022-ci ilin ilk çempionat oyununda 0:1 hesabı ilə uduzub.