09:00 08-02-2022
news_image
135
FUTBOL

AVRO-2032 üçün UEFA-ya müraciət etdi

İtaliya 2032-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edə bilər.

Apasport.az saytının məlumatına görə, apenninlilər bunun üçün namizədliyini irəli sürəcək.

İtaliya Futbol Federasiyası AVRO-2032-nin təşkilində maraqlı olduğu barədə UEFA-ya məlumat verib. Namizədlik layihəsi 2023-cü il aprelin 12-dək təqdim edilməlidir. Turnirin yeri ilə bağlı qərarın gələn ilin sentyabrında veriləcəyi gözlənilir.

Qeyd edək ki, İtaliya 1968 və 1980-ci illərdə Avropa çempionatına ev sahibliyi edib.