15:51 08-02-2022
news_image
131
FUTBOL

“Yuventus” müdafiəçisini itirdi

“Yuventus”un futbolçusu Corco Kyellininin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, tibbi müayinədən sonra müdafiəçisinin sol ayağının aşağı hissəsində zədə aşkarlanıb.

37 yaşlı arxa xətt oyunçusu bir müddət həftə meydanlardan kənar qalacaq. Onun 3-4 həftədən tez hazır olacağı inandırıcı görünmür.

Qeyd edək ki, bu səbəbdən Kyellini “Atalanta” və “Torino” ilə çempionat, “Vilyarreal”la Çempionlar Liqasının ilk görüşünü buraxacaq.