16:04 08-02-2022
news_image
188
FUTBOL

Salah Yurgen Kloppun qərarını gözləyir

“Liverpul”un hücumçusu Məhəmməd Salah klubun düşərgəsinə qayıdıb.

Apasport.az xəbər verir ki, “qırmızılar” Misir millisindən qayıdan ulduz futbolçunun bu gündən məşqlərə başladığını açıqlayıb.

Afrika Millətlər Kubokunda iştirak edən Salah İngiltərə Premyer Liqasının XXIV turunda “Lester”lə görüşdə oynamaq istəyir. Lakin bu, baş məşqçi Yurgen Kloppun qərarından asılı olacaq.

Qeyd edək ki, “Liverpul” – “Lester” matçı fevralın 10-da keçiriləcək.