10:09 10-02-2022
news_image
128
FUTBOL

379 gündə 5-ci final

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel qeyri-adi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, hazırda koronavirusa yoluxan almaniyalı mütəxəssis qısa müddətdir rəhbərlik etdiyi komandada qatıldığı bütün yarışların finalına yüksəlib.

Cəmi 379 gün əvvəl bu posta təyin olunan Tuxelin yetirmələri bu dəfə klublararası dünya çempionatında həlledici matçda oynayacaq. Onun komandası yarımfinalda “Əl-Hilal”ı 1:0 hesabı ilə məğlub edib.

Bunadək Tuxelli “Çelsi” Çempionlar Liqası, İngiltərə kuboku, Liqa kuboku və UEFA Superkubokunda da həlledici qarşılaşmada oynayıb. Mütəxəssisin fevralın 12-də baş tutacaq finala qədər sağalacağı gözlənilir.

Qeyd edək ki, “Çelsi” finalda “Palmeyras”la qarşılaşacaq.