15:47 10-02-2022
news_image
244
FUTBOL

“Qarabağ”ın oyununun hakimi bilindi

Azərbaycan kubokunda növbəti təyinatlar açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin cavab oyunlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Elçin Məsiyev “Keşlə” – “Qarabağ” görüşünü idarə edəcək. “Sabah” – “Neftçi” qarşılaşması isə Rəvan Həmzəzadəyə həvalə olunub.

11 fevral (cümə)
18:00. “Keşlə” – “Qarabağ”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASK Arena”

12 fevral (şənbə)
16:00. “Sabah” – “Neftçi”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Nahid Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bank Respublika Arena”

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Zirə”
Hakimlər:
Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”