16:15 10-02-2022
news_image
197
FUTBOL

15 milyardlıq müqavilə - Çempionlar Liqası üçün

UEFA Çempionlar Liqasında teleyayım və marketinqlə bağlı yeni müqavilə imzalayacaq.

Apasport.az saytının məlumatına görə, üç illik əməkdaşlıq barədə anlaşma 15 milyard avro dəyərində olacaq.

Avropa Klublar Assosiasiyasının (ECA) sədri və PSJ-nin prezidenti Nasser Əl-Xelaifi bu anlaşmanı yeni çiçəklənmə adlandırıb. ECA və UEFA rəhbərləri 2024-27-ci illər üçün nəzərdə tutulan müqavilənin Superliqa ideyasını tamam məhv edəcəyini düşünür.

Qeyd edək ki, 2024-cü ildən Çempionlar Liqasında yeni format tətbiq olunacaq. İsveçrə sistemi ilə keçiriləcək qrup mərhələsində 36 klub mübarizə aparacaq.