12:14 11-02-2022
news_image
213
FUTBOL

“Fənərbaxça”dan Premyer Liqa klubuna

“Fənərbaxça”nın daha bir futbolçusu karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, icarə əsasında “Uotford”da çıxış edən Ozan Tufandan sonra indi də Ferdi Kadıoğlu Premyer Liqada oynayacaq.

23 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Brayton”a yollanacaq. Türkiyə millisini seçən hücumameylli oyunçu yayda “sarı-lacivərdlilər”dən ayrılaraq Premyer Liqa təmsilçisinə azad agent kimi keçəcək. Kadıoğlu yeni komandası ilə 5 illik sözləşmə imzalayacaq.

Qeyd edək ki, “Neymegen”in yetirməsi olan Ferdi Kadıoğlu 2018-ci ildən “Fənərbaxça”nın formasını geyinir.