19:52 11-02-2022
news_image
429
FUTBOL

Qurban Qurbanov: "Ramil Şeydayevi müdafiəyə qoysaq da, daha çox hücumda görürdüm"

“Öz komandam üçün baxımlı oyun oldu".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Keşlə” ilə cavab oyunu barədə danışarkən deyib.

“ASK Arena”da keçirilən görüşdə rəqibini 6:0 hesabı ilə darmadağın edən Ağdam təmsilçisi yarımfinala vəsiqə qazanan ilk komanda olub.

Qarşılaşmadan sonra Qurbanov “CBC Sport” kanalına açıqlamasında fikirlərini bölüşüb: “Heyətdə xeyli rotasiya etmişdik. Bəzi oyunçular çoxdan idi oynamırdılar. Bəlkə də, bu, onlara əlavə motivasiya verdi. "Keşlə" əvvəlki matçda 70 dəqiqə azlıqda oynamışdı. Onlarda yorğunluq hiss olundu. Bəlkə də, bunun da nəticəyə təsiri oldu. Həmişə "Keşlə"yə qarşı oyunlarımız çətin olub". 

Heyətdə aparılan rotasiyalardan danışan baş məşqçi matçın gedişində hücumçu Ramil Şeydayevi müdafiənin cinahında oynatmasına da aydınlıq gətirib: "Hesab bəzi dəyişikliklər etmək üçün şərait yaratdı. Məsələn, Maksim Medvedev zədədən sonra narahat idi. Düzü, Ramil Şeydayevi müdafiəyə qoysaq da, daha çox hücumda görürdüm (gülür). Hesab bizi bu rotasiyalara vadar etdi".