00:44 13-02-2022
news_image
194
FUTBOL

Halanda yeni təklif

Norveç millisinin və Dortmund “Borussiya”sının futbolçusu Erlinq Haland yeni təklif alıb.

Apasport.az saytının məlumatına görə, Almaniyanın “Adidas” şirkəti hücumçu ilə müqavilə imzalamaq niyyətindədir.

Artıq tərəflər arasında görüş baş tutub. Şirkət rəhbərliyi Halanda əməkdaşlıq anlaşması imzalanmasını istəyir.

Şirkət rəhbərliyi futbolçunu razı salmaq üçün Zinəddin Zidanın da xidmətindən yararlanmaq fikrindədir. Fransalı hazırda “adidas”ın səfiridir.

Qeyd edək ki, əvvəl “Nike” ilə müqaviləsi olan Halandın anlaşması yanvarın 1-də başa çatıb. Onun “Adidas”la anlaşması “Real”a keçidində də rol oynaya bilər.