23:35 13-02-2022
news_image
182
FUTBOL

Laportanın xəyalındakı hücumçu

“Betis”in hücumçusu Nabil Fekir “Barselona”nın maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun prezidenti Joan Laporta 28 yaşlı futbolçunu komandasında görmək arzusundadır.

Laporta fransalının transferi üçün qarşı tərəfə 60 milyon avro ödəməyə hazırdır. “Betis” rəhbərliyi isə bu keçiddən ən azı 80 milyon avro qazanmağı planlaşdırır. Hazırda klublar arasında danışıqlar davam edir.

Qeyd edək ki, Nabil Fekirin “Betis”lə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.