22:19 28-09-2008
news_image
517
DİGƏR NÖVLƏR

Azərbaycanlı boksçu dünya çempionu oldu

Bakı. Aqşin Əliyev - APA-Sport. Rusiyanın Kazan şəhərində tələbələr arasında keçirilən boks üzrə dünya çempionatına yekun vurulub. “APA-Sport”un məlumatına görə, yarışa 8 idmançı ilə qatılan Azərbaycan yığması yekunda 3 medal qazanıb.

Həmyerlilərimizdən ən yüksək nəticəni Elgün Əhmədov (51 kq) göstərib. O, bütün rəqiblərinə qalib gəldiyi üçün qızıl medala layiq görülüb. 64 kq çəki dərəcəsində mübarizə aparan Anar Cəfərov yalnız final görüşündə uduzaraq, gümüş mükafata yiyələnib. Rəhim Nəcəfov (54 kq) isə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.