Azərbaycan kubokunda ikinci yarımfinal cütlüyü bəlli olub.
Apasport.az saytının məlumatına görə, “Zirə” kuboku qazanmaq iddiasını davam etdirib.
1/4 final mərhələsinin ilk görüşündə “Səbail”in qapısından 4 cavabsız top keçirən zirəlilər səfərdə sensasiyaya imkan verməyib. İkinci matçdan da qalib ayrılan (3:1) Rəşad Sadıqovun yetirmələri yarımfinala adlayıb. “Zirə”nin final yolundakı rəqibi bir gün əvvəl “Sabah”ı mübarizədən kənarlaşdıran “Neftçi” olacaq.
Bu komandalar arasında yarımfinal mərhələsinin ilk oyunu aprelin 20-də “Zirə”nin, cavab qarşılaşması isə 29-da “Neftçi”nin meydanında baş tutacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun digər yarımfinal cütlüyündə “Qəbələ” ilə “Qarabağ” üz-üzə gələcək.