22:33 14-02-2022
news_image
191
FUTBOL

Qətərli səhmdarlar Zidanı razı sala bilmir

“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan növbəti iş yerini hələ qətiləşdirməyib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin qətərli səhmdarları 49 yaşlı mütəxəssisi komandanın sükanı arxasına gətirməkdə israrlıdır.

Lakin fransalı işsiz olmasına baxmayaraq, gələcəyi ilə bağlı qərar verməkdə tələsmir. O, Paris təmsilçisində çalışıb-çalışmamala bağlı qərarını indidən vermək istəmir. Parislilər Zizunu razı sala bilsələr, komanda mövsümün sonunda ona həvalə olunacaq.

Qeyd edək ki, Zinəddin Zidan son iş yeri olan “Real”dan ötən ilin yayında ayrılıb.