22:01 18-02-2022
news_image
570
FUTBOL

Messinin “Barselona”dan ayrılmasının səbəbkarı – Xəyanət

PSJ-nin hücumçusu Lionel Messinin “Barselona”dan ayrılmasının səbəbkarı bilinib.

Apasport.az saytının “El Pais”ə istinadən məlumatına görə, argentinalı superulduzunun gedişi vitse-kapitan Jerar Pike ilə əlaqələndirilir.

Bildirilib ki, “Barselona” ötən yay Leo ilə müqavilənin bütün şərtlərini razılaşdırmış, yalnız maliyyə feyr-pleyi ilə bağlı problemin həlli yollarını axtarırdı. Ancaq Pikenin president Joan Laporta ilə görüşü onun da fikrini dəyişib.

Müdafiəçi Messi ilə yeni saziş imzalanmayacağı təqdirdə maliyyə probleminin aradan qalxacağını bildirib və onunla yolların ayrılmasını məsləhət görüb. İspaniya mətbuatı isə bunu Pikenin Messiyə xəyanəti kimi qələmə verib.

Qeyd edək ki, Lionel Messi mövsümün əvvəlində PSJ ilə 2+1 illik müqavilə imzalayıb.