14:09 18-02-2022
news_image
242
FUTBOL

“Keşlə”nin baş məşqçisi 5 oyunluq diskvalifikasiya edildi

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında I divizionun XIV turunun matçlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

Apasport.az saytının məlumatına görə, diqqətçəkən cəzalardan biri “Zaqatala” – “Keşlə-2” matçı ilə bağlı olub.

Premyer Liqa təmsilçisinin əvəzedici heyətinin baş məşqçisi Rüstəm Əliyev hakimlər briqadasını təhqir etdiyi üçün 5 oyunluq cəzalandırılıb, klubunu 400 manat ziyana salıb.

“Keşlə-2”nin futbolçusu Kamal Kazımov isə həmin qarşılaşmada təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığından, 2 matçlıq diskvalifikasiyaya məruz qalıb.