15:15 18-02-2022
news_image
194
FUTBOL

“Marsel” – “Qarabağ” matçında 2 seyv ən yaxşılar arasında

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları ilə bağlı sorğu keçirir.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu tvitter səhifəsi vasitəsilə dünən baş tutan qarşılaşmalarda ən yaxşı 5 qapıçı seyvini paylaşıb.

“Beş heyrətamiz qurtarış. Hansı daha yaxşıdır”, - sualı ilə ünvanlanan videoda “Marsel” - “Qarabağ” matçının 2 seyvi yer alıb. Onlardan biri Ağdam təmsilçisinin hücumçusu İbrahima Vadjinin cərimə meydanı həndəvərindən zərbəsinə fransızların qolkiperi Stiv Mandandanın reaksiyasıdır. 

Həmçinin “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili də siyahıda yer alıb. Onun rəqibin yarımmüdafiəçisi Pape Qeyenin yaxın məsafədən zərbəsini dəf etməsi ən yaxşı seyv adına namizəd göstərilib.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu birincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.