15:41 18-02-2022
news_image
166
FUTBOL

“Real” Halandla razılıq əldə etdi

“Real” transfer etmək istədiyi Erlinq Halandla ilkin razılığa gəlib.

Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Madrid klubu və norveçli hücumçunun nümayəndələri Monakodakı görüşdə keçidi razılaşdırıb.

Futbolçunu danışıqlarda agenti Mino Rayolanın “sağ əli” sayılan braziliyalı Rafael Pimenta və Erlinqin atası təmsil edib. Razılaşma oyunçunun digər klublarla mümkün danışıqlarını bloklayıb.

Transfer futbolçunun istəyi ilə reallaşacaq. O, Dortmund “Borussiya”sını bu yay tərk etmək istəsə, “Real” onu heyətinə qatmalı olacaq.