16:29 18-02-2022
news_image
188
FUTBOL

"Sabah"da bosniyalı müdafiəçi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bosniya və herseqovinalı müdafiəçi Boyan Letiç bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq.

29 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Boyan karyerası ərzində Bosniya və Herseqovinanın “Kozara Qradiska” (2011/12), “Velej Mostar” (2012-2014), “Sarayevo” (2019/20), Slovakiyanın “Jilina” (2014-2017), Çexiyanın “Karvina” (2017-2019) və Serbiyanın “Radniçki Niş” (2020) klublarında çıxış edib. Onun son klubu İspaniya “Mirandes”i (2020-2022) olub.