00:00 22-02-2022
news_image
213
FUTBOL

“Liverpul” tarixinin bombardirləri – “10-luq”

İngiltərə Premyer Liqasının XXVI turunda “Norviç”lə matçda komandasının qələbəsinə (3:1) 1 qolla töhfə verən Məhəmməd Salah “Liverpul”un heyətində toplarının sayını 150-yə çatdırıb.

Apasport.az saytının məlumatına görə, misirli ulduz futbolçu “qırmızılar”da 150 qol həddinə çatan 10-cu futbolçu kimi tarixə düşüb.

Ancaq Salahın siyahının zirvəsinə çatması heç də inandırıcı görünmür. Çünki “Liverpul” tarixinin bombardiri olan əfsanəvi Yan Raşın aktivində 346 qol var.

Premyer Liqa təmsilçisinin ən məhsuldar 10 futbolçusu:

1. Yan Raş
Mövqeyi: Hücumçu
Ölkəsi: Uels
Keçirdiyi oyun sayı: 660
Vurduğu qol sayı: 346
Orta hesabla hər oyunda vurduğu qol sayı: 0,52

2. Roje Hunt
Mövqeyi: Hücumçu
Ölkəsi: İngiltərə
Keçirdiyi oyun sayı: 492
Vurduğu qol sayı: 285
Orta hesabla hər oyunda: 0,58

3. Qordon Hocson
Mövqeyi: Hücumçu
Ölkəsi: İngiltərə
Keçirdiyi oyun sayı: 377
Vurduğu qol sayı: 241
Orta hesabla hər oyunda: 0,64

4. Billi Liddell
Mövqeyi: Hücumçu
Ölkəsi: Şotlandiya
Keçirdiyi oyun sayı: 534
Vurduğu qol sayı: 228
Orta hesabla hər oyunda: 0.42

5. Stiven Cerrard
Mövqeyi: Yarımmüdafiəçi
Ölkəsi: İngiltərə
Keçirdiyi oyun sayı: 710
Vurduğu qol sayı: 186
Orta hesabla hər oyunda: 0,26

6. Robbi Fouler
Mövqeyi: Hücumçu
Ölkəsi: İngiltərə
Keçirdiyi oyun sayı: 369
Vurduğu qol sayı: 183
Orta hesabla hər oyunda: 0,49

7. Kenni Dalqliş
Mövqeyi: Hücumçu
Ölkəsi: Şotlandiya
Keçirdiyi oyun sayı: 515
Vurduğu qol sayı: 172
Orta hesabla hər oyunda: 0,33

8. Maykl Ouen
Mövqeyi: Hücumçu
Ölkəsi: İngiltərə
Keçirdiyi oyun sayı: 297
Vurduğu qol sayı: 158
Orta hesabla hər oyunda: 0,53

9. Harri Çambers
Mövqeyi: Sol vinger
Ölkəsi: İngiltərə
Keçirdiyi oyun sayı: 339
Vurduğu qol sayı: 151
Orta hesabla hər oyunda: 0,44

10. Məhəmməd Salah
Mövqeyi: Sağ vinger
Ölkəsi: Misir
Keçirdiyi oyun sayı: 233
Vurduğu qol sayı: 150
Orta hesabla hər oyunda: 0,64