00:00 23-02-2022
news_image
279
FUTBOL

Fransalılara qarşı xüsusi oyun – Zubir üçün

Abdullah Zubir avrokuboklarda 50-ci oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçinin yubileyi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təsadüf edəcək.

31 yaşlı legioner Fransa “Marsel”i ilə qarşılaşmaya çıxmaqla 100-ü yarılayacaq. “Qarabağ”ın futbolçusu indiyədək qitə miqyaslı turnirlərdə 49 matçda 8 qol vurub.

Onun bütün oyunları “Qarabağ”ın heyətində baş tutub. 2018-ci il iyulun 11-də Çempionlar Liqasının “Olimpiya” ilə Sloverniyadakı matçı Zubirin Avropada debütü olub.

O, Çempionlar Liqasında 14, Avropa Liqasında 22, Konfrans Liqasında 13 görüşə çıxıb. O, keçirdiyi 49 qarşılaşmada cəmi 2 sarı vərəqə alıb.

Qeyd edək ki, “Qarabağ” “Marsel” oyunu fevralın 24-də Bakıda keçiriləcək.