09:25 24-02-2022
news_image
169
FUTBOL

Çempionlar Liqasında 500-cü qol

“Mançester Yunayted” Çempionlar Liqasında 500-cü qolunu vurub.

Apasport.az saytının məlumatına görə, əvvəl Çempionlar kuboku, 1992-ci ildən indiki kimi adlanan yarışdakı yubiley qoluna 19 yaşlı Entoni Elanqa imza atıb.

O, “Atletiko” ilə səfər matçında fərqlənib. 1/8 final mərhələsinin ilk oyunundakı bu qol İngiltərə təmsilçisinə səfər heç-heçəsi qazandırıb – 1:1. Mançesterlilər turnirdə 500 və daha çox qola imza atan 4-cü komanda olub.

Qeyd edək ki, turnirdə ən çox qol vuran komanda “Real”dır – 1001. “Bavariya” 760, “Barselona” 624 dəfə fərqlənib.