14:42 24-02-2022
news_image
164
FUTBOL

Xavi: “Messi olmasaydı, o, tarixin ən yaxşısı sayılardı”

“Maradona hamımızı ruhlandıran futbolçu idi”.

Apasport.az saytı xəbər verir ki, bunu “Barselona”nın baş məşqçisi Xavi Ernandes Avropa Liqasının 1/16 final mərhələsində “Napoli” ilə keçiriləcək cavab oyunu öncəsi deyib.

Neapol klubunun əfsanəsi Dieqo Armando Maradonanı xatırlayan ispaniyalı mütəxəssis onun adını daşıyan arenada oyun keçirmələrinin şərəf olduğunu söyləyib: “Biz Dieqonun videolarına baxırıq və ona heyran olmağa davam edirik. Messi olmasaydı, Maradona tarixin ən yaxşı futbolçusu sayılardı. Şübhəsiz ki, öz dövrünün ən yaxşısı idi. Dieqo Armando Maradona stadionunda oynamaq şərəfdir”.

Qeyd edək ki, “Napoli” – “Barselona” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında ilk görüş 1:1 hesabı ilə nəticələnib.