00:22 25-02-2022
news_image
2039
FUTBOL

Matteo Qenduzi: "Bu suala cavab vermək üçün əllə qol vurmalıyam"

“Qarabağ"ın qolunda hamı topun oyunçunun əlinə dəydiyini gördü".

Apasport.az saytının məlumatına görə, bunu “Marsel”in futbolçusu Matteo Qenduzi Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunu barədə danışarkən deyib.

Ulduz futbolçu 3:0 hesabı ilə qalib gəldikləri matçın ardından mətbuat konfransında "Qarabağ"ın sayılmayan qolu olan epizoda münasibət bildirib: "Qol epizodunda hakimin bunu görəcəyini düşündük. Amma o, qolu saydı. "Qarabağ"ın oyunçuları ilə mübahisələrimiz oldu. Yaxşı ki, rəqibin baş məşqçisi və kapitanı müzakirədən sonra bu qolun ləğv edilməsini istədi. Buna görə, onlara böyük təşəkkürümü bildirirəm. Haqq öz yerini tapdı".

- Çempionatda "Klermon"a məğlubiyyətdən sonra bugünkü oyuna hazırlıq sizin üçün çətin keçməmişdi?
- Əsas odur ki, mərhələni keçdik. Unutmaq lazım deyil ki, "Qarabağ" çox güclü oynadı. Onlarla matça çox hazırlaşmışdıq. Bizim üçün əsas nəticə idi. 3 qol vurmaq və öz qapımızdan top buraxmamaq böyük nailiyyət idi.

- Həm qapınıza vurulan qolun ləğvinə səbəb oldunuz, həm də qol vurdunuz. Bunlardan hansı sizin üçün dəyərli idi və buna görə özünüzü qəhrəman sayırsınız?
- Bizim üçün çox çətin oyun oldu. Çünki rəqibimiz çox gözəl oyun sərgilədi. Əsas hədəf mərhələ adlamaq idi. Bunu da bacardığımız üçün razıyıq.

- Rəqibin hücumçusu İbrahima Vadjinin yerində olsaydınız, siz hansı hərəkəti edərdiniz?
- Bu, çox nadir haldır. Bu suala cavab vermək üçün əllə qol vurmalıyam, ondan sonra nə etdiyimi görməliyik.

- Bu gün tribunalar dolu idi. Bu, sizə mənfi təsir etmədi?
- Xeyr. "Qarabağ" azarkeşləri həmişə son ana qədər komandaya dəstək göstərir. Bunu "Arsenal"ın heyətində bura gələrkən də görmüşdüm. Onlar komandalarını sevirlər.