12:14 25-02-2022
news_image
143
FUTBOL

Əliyar Ağayev yenə autsayderin oyununa göndərildi

Azərbaycan Premyer Liqasında XVII turun bütün təyinatları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, PFL fevralın 27-28-də keçiriləcək matçları idarə edəcək hakimlərin adlarını açıqlayıb.

AFFA Hakimlər Komitəsi lider “Qarabağ”la autsayderlər sırasında qərarlaşan “Keşlə”nin duelinə FIFA referisi Əliyar Ağayevi təyin edib. Prinsipial “Sabah” – “Neftçi” qarşılaşmasında isə Rauf Cabarov ədaləti qoruyacaq.

Premyer Liqa
XVII tur
27 fevral (bazar)
17:00. “Sabah” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”

19:15. “Sumqayıt” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”

28 fevral (bazar ertəsi)
17:00. “Səbail” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”

19:15. “Keşlə” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Müslüm Əliyev, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”